Kuboku öpdü, qəhrəman oldu — Foto
2026-cı il dünya çempionatının finalında İspaniyaya qələbə qazandıran Ferran Torres ölkəsində qəhrəmana çevrilib. “Qafqazinfo” xəbər verir ki, Argentinaya qarşı həlledici qolu vuran futbolçunun dünya kubokunu öpdüyü an Barselonanın küçələrində əbədiləşdirilib. İspaniyanın dünya çempionluğunu qeyd etmələri davam edərkən, Kataloniyanın paytaxtında Torresə həsr olunmuş nəhəng divar rəsmi hazırlanıb. Əsərin müəllifi “TVboy” ləqəbli rəssam futbolçunu kuboku öpərkən təsvir edib. Divar rəsminin üzərində “Tarix yazılır” sözləri və İspaniyanın qazandığı iki dünya çempionluğunu simvolizə edən iki ulduz yer alıb. “Barselona” azarkeşləri də klubun formasında təsvir olunan 26 yaşlı hücumçunun rəsmini böyük maraqla qarşılayıblar. Qeyd edək ki, İspaniyanın dünya çempionu olan heyətində “Barselona”nın səkkiz futbolçusu yer alırdı. 2026-cı il DÇ-nin finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub və bununla da “La Roja” tarixində ikinci dəfə dünya çempionu olub.

Şərh verin