Modriç yeni müqaviləyə razılıq verdi
Xorvatiyalı ulduz futbolçu Luka Modriç karyerasını "Milan" klubunda davam etdirməyə hazırlaşır. Milli.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata əsasən, tərəflər yeni müqavilənin şərtləri ilə razılığa gəlib. Bildirilir ki, imzalanacaq sözləşmə qısamüddətli olacaq. 40 yaşlı yarımmüdafiəçi ötən mövsümdən "Milan"ın uğurları üçün mübarizə aparır. O, bundan əvvəl 2012-2025-ci illərdə "Real" klubunun heyətində çıxış edərək zəngin titul kolleksiyası əldə edib. Modriç Madrid təmsilçisi ilə altı dəfə UEFA Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının, iki dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub. 2018-ci ildə nüfuzlu "Qızıl top" mükafatına sahib çıxan təcrübəli futbolçu karyerası ərzində "Tottenhem", "Dinamo", "İnter Zapreşiç" və "Zrinski Mostar" klublarının da formasını geyinib. Luka Modriç Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatında gümüş, 2022-ci il mundialında isə bürünc medal qazanıb. 2026-cı il dünya çempionatı isə onun futbolçu karyerasında iştirak etdiyi beşinci mundial kimi tarixə düşüb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin