Mehdiabadda kişini başından vurub öldürdülər

Abşeronda müəmmalı ölüm hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Namiq Əmrah oğlu Nuruşovun meyiti tapılıb. İlkin müayinə zamanı onun baş nahiyəsində xəsarətlər aşkar edilib. Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)