Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350 min 492 manat həcmində 4 995 fırıldaqçılıq halı baş verib. Milli.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 21,4%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib. Cari ilin yanvar-mart aylarında həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 98,3%-i, ölkəxarici halların isə 80,6%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb./apa Milli.Az

Şərh verin