Gənc oğlan işlədiyi bağda ÖLDÜ
Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Milli.Az

Şərh verin