Qvardiola "ən yaxşı" seçildi: 13-cü dəfə

Pep Qvardiola İngiltərə Premyer Liqası tarixində ayın məşqçisi mükafatının sayına görə üçüncü yeri tutur. Milli.Az Trend -ə istinadən xəbər verir ki, "Mançester Siti" klubunu çalışdıran mütəxəssis apreldə Premyer Liqada ayın ən yaxşı məşqçisi seçilib. Bu, onun İngiltərədəki fəaliyyəti dövründə qazandığı 13-cü mükafatdır. Qvardioladan daha çox ayın məşqçisi seçilən yalnız Arsen Venger (15 dəfə) və Aleks Ferqyusondur (27 dəfə). Milli.Az