Türkiyə-Ermənistan sərhədi bu vaxt açılacaq — Səfir

Türkiyə-Ermənistan sərhədi 7 iyun seçkilərindən sonra açılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. Səfir Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma proseslərinin paralel getdiyini bildirib. O, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Konstitusiyaya dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağının gözlənildiyini deyib.