Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub - FOTO
Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinİ (BANM) ziyarət edib. Milli.Az xəbər verir ki, qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub. BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra qonaq BANM-in tələbə və əməkdaşları ilə görüşüb. Görüşdə çıxış edən E.Qasımov bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib. III Msvati çıxışında BANM-in müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də Ali Məktəbdə təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüşün yekununda III Msvatiyə BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub. Daha sonra Esvatini Kralı Ali Məktəbin xatirə kitabına təəssüratlarını yazıb. Milli.Az

Şərh verin