Azər Məmmədov Ağstafada vətəndaş qəbulu keçirəcək
“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov vətəndaş qəbulu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, qəbul mayın 22-si saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.

Şərh verin