Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın cənub-qərb akvatoriyasında 5.9 bal gücündə zəlzələ baş verib. Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasının Vadomari rayonundan 8 kilometr şərqdə yerləşib. Zəlzələ təxminən 42 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, itki və dağıntı yoxdur, sunami xəbərdarlığı verilməyib. Milli.Az