"Arsenal" Vinisius üçün maaş rekordunu qırmağa hazırlaşır

İngiltərənin "Arsenal" klubu braziliyalı ulduz Vinisius Junioru transfer etmək üçün rekord maaş təklifinə hazırlaşır. "The Telegraph"ın yaydığı məlumata görə, London təmsilçisi hazırda "Real Madrid"də həftəlik 400 min funt-sterlinq qazanan hücumçuya klub tarixinin ən yüksək əməkhaqqını təklif etməyi planlaşdırır. Hazırda "Arsenal"ın ən çox qazanan futbolçusu Bukayo Sakadır. İngiltərə millisinin üzvü həftəlik 365 min funt-sterlinq əməkhaqqı alır. 25 yaşlı Vinisius Junior 2018-ci ildən "Real Madrid"in formasını geyinir. O, Madrid təmsilçisi ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin bir sıra digər nüfuzlu titullar qazanıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)