Samuxda fermada meyit tapıldı
Samuxda meyit tapılıb. Milli.Az lent.az -a istinadla xəbər verir ki, hadisə rayonun Füzuli kəndindəki fermada qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin fermada çoban işləyən, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Zöhrab Qənbər oğlu İlyasov olması müəyyən edilib. Araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin