Müəllim vəfat etdi - FOTO

İmişlidə gənc müəllim vəfat edib. Milli.Az xəbər verir ki, rayonun 8 nömrəli tam orta məktəbində hərbi hazırlıq fənnini tədris edən Zaur Şükürov 37 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Z.Şükürov 1989-cu ildə İmişlinin Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub. Mərhumun bir övladı yadigar qalıb./Yeni Sabah/ Milli.Az