1-ci kurs tələbəsi yolda yıxılıb öldü — Foto - Yenilənib

Azərbaycan Dillər Universitetinin tələbəsi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisəsinin Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə həyatını itirib. Onun ölümünün təfərrüatı barədə məlumat verilməyib. *** Oxu.az-ın məlumatına görə, N.Hacıyeva yolda gedərkən yıxılıb və dünyasını dəyişib.