Tərtərdəki qəzada ölənlər ər-arvad imiş — Fotolar
Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisə si zamanı həyatını itirən şəxslərin ər-arvad olduğu məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada ölən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlu və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızı bir ailənin üzvləri, yəni ər-arvad olublar. Qeyd edək ki, onlar Tərtər rayonunun Təzəkənd kəndi ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada həyatlarını itiriblər. Faktla bağlı araşdırma davam etdirilir. Ziya Əmirxanlı

Şərh verin