Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,6 təşkil edib. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.