WUF13-də 800-dən çox media nümayəndəsi fəaliyyət göstərir
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) işıqlandırmaq üçün 800-dən çox media nümayəndəsi Bakıda fəaliyyət göstərir. Milli.Az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina WUF13 çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş gündəlik mətbuat brifinqində bildirib. O qeyd edib ki, WUF13-ün ilk dörd günü ərzində 175-dən çox ölkədən 38 mindən artıq iştirakçı Sessiyanın fəaliyyətində iştirak edib. Milli.Az

Şərh verin