“Zirə” bu gün oyuna çıxır

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olacaq. Görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək. Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun 23 iyul 20:00. “Payde” (Estoniya) – “Zirə” (Azərbaycan) Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).