İki güləşçimiz Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir. Milli.Az xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, yunan-Roma güləşi üzrə millimizin 2 üzvü Avropa çempionu olub. Belə ki, Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək, Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək Avropa çempionu adına sahib çıxıb. Milli.Az