Ölkə əhalisinin sayı açıqlandı: Qadınlar yoxsa kişilər çoxdur?

Azərbaycanda əhalinin sayı artmaqda davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2026-cı il mayın 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 7 min 987 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 270 min 338 nəfərə çatıb. Statistik göstəricilərə əsasən, əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kənd yerlərində yaşayır. Gender bölgüsünə görə isə ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Beləliklə, Azərbaycanda qadınların sayı kişilərdən cüzi üstünlük təşkil etməyə davam edir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)