Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Milli.Az xəbər verir ki, məktubda deyilir: "Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram. Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm". Milli.Az