“Mingəçevir” “Səbail”i darmadağın etdi — Premyer Liqaya vəsiqə qazana bilərlər
Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, sonuncu – 27-ci turda “Mingəçevir” doğma meydanda “Səbail”i qəbul edib. Həmin matçda Mingəçevir təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Onlar bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yiyələnərək Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşündə iştirak etmək hüququ əldə ediblər. Növbəti mövsümdə elitada oynamaq istəyən “Mingəçevir” pley-off mərhələsində “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma mayın 28-də baş tutacaq. Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb.

Şərh verin