Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən istefa verdiyi iddia edilib. Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məsələ ilə bağlı açıqlama verən Rusiya XİN rəsmisi Mariya Zaxarova xəbərin yalan olduğunu bildirib: "Sizdən xahiş edirəm, o, əla diplomat və liderdir. O, ölkəsinin rifahı naminə rəisinin göstərişləri ilə işləyir". Milli.Az