Hazır yuxadan asan lahmacun resepti
Evdə qısa müddətdə hazırlaya biləcəyiniz, xırt-xırt kənarı və bol ləzzətli qiyməli üstlüyü ilə süfrələrə dad gətirən bu resept xilaskarınız olacaq. Xəmir yoğurmaq və yaymaq dərdi olmadan hazırlanan bu lahmacun incə yuxası və ətirli içliyi ilə çöldə yediklərinizi axtarmayacaq qədər ləzzətli bir nəticə verir. Milli.Az inqrediyentləri təqdim edir: Qiyməli qarışıq üçün üçün 450 qr orta yağlı qiymə 1 ədəd böyük baş soğan 2 ədəd yaşıl bibər 1 ədəd qırmızı kapya bibəri 2 ədəd sürtgəcdən keçirilmiş pomidor 2 yemək qaşığı duru yağ 1 yemək qaşığı pomidor tomatı 1 şirniyyat qaşığı bibər tomatı 1 çay qaşığı duz 1 çay qaşığı pul bibər Yarım çay qaşığı istiot Yarım çay qaşığı kimyon 1 çay qaşığı kəklikotu Yuxaları islatmaqüçün 3 ədəd hazır yuxa Yarım çay stəkanı duru yağ Yarım çay stəkanı su 1 yemək qaşığı qatıq 1 şirniyyat qaşığı sirkə Servis üçün Cəfəri, sumaxlı soğan, limon dilimləri və pomidor Hazırlanma qaydası Soğanı, yaşıl və qırmızı bibərləri xırda doğrayıb blendrdan keçirin. Sürtgəcdən keçirilmiş pomidorları da əlavə edib qarışımı qısa müddət yenidən blendrla çəkin. Dərin bir qaba qiyməni götürün. Üzərinə hazırladığınız tərəvəzli qarışımı, duru yağı, tomatları və ədviyyatları əlavə edin. Bütün məhsulları yaxşıca qarışdıraraq bircinsli bir qarışım əldə edin. Ayrı bir kasada duru yağ, su, qatıq və sirkəni qarışdırın. Bir ədəd yuxanı düz bir müstəviyə sərin. Kənarlarını içəri doğru qatlayaraq daha qalın bir səth formalaşdırın. Hazırladığınız sosdan yuxanın hər tərəfinə sürtün. Qiyməli qarışımın bir hissəsini yuxanın üzərinə qoyun və nazik bir təbəqə halında yayın. Qarışımı yayarkən qaşığın arxa tərəfindən istifadə edə bilərsiniz. Digər yuxaları da eyni qaydada hazırlayıb yağlı kağız sərilmiş listə yerləşdirin. Əvvəlcədən isidilmiş 200°C sobada təxminən 15 dəqiqə bişirin. Kənarları çıtırlaşıb, üzəri qızardıqda sobadan çıxarın. Lahmacunları cəfəri, sumaxlı soğan və bol limonla isti-isti servis edin. Nuş olsun! İçliyin çox sulu olmamasına çalışın; həddindən artıq su yuxanın yumşalmasına səbəb ola bilər. İçliyi yuxanın üzərinə nazik bir qat halında yaymaq onun daha yaxşı bişməsini təmin edir. Lahmacunları sobanın alt rəfinə yaxın hissədə bişirmək alt səthin daha yaxşı qızarmasına kömək edir. Pişdikdən sonra isə çıtırlığını itirməməsi üçün üzərini örtməyin. Lalə Qüdrətova Milli.Az

Şərh verin