Kəlbəcər sakinini ildırım vurdu
Kəlbəcər sakinini ildırım vurub. “Qafqazinfo” xəbər verir ki, hadisə Daşkəsənin Çovdar kəndi ərazisində qeydə alınıb. 1996-cı il təvəllüdlü Bəhrəm Kamalovu ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Yunis Quliyev

Şərh verin