Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO

Türkiyənin Bahçelievler rayonunda qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan kadrlarda bazar satıcısının alıcının seçdiyi xiyarları kənara ayıraraq, onların yerinə fərqli məhsullar qoyduğu iddia edilir. Həmin anların lentə alınmasından sonra görüntülər qısa zamanda internetdə yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. Məsələ ilə bağlı Bahçelievler Bələdiyyəsinin zabitə əməkdaşları araşdırma aparıblar. Nəticədə istehlakçını aldatmağa yönəlmiş satış qaydalarının pozulduğu əsas gətirilərək satıcının piştaxtasının fəaliyyətinin dayandırıldığı bildirilib. Bununla yanaşı, satıcıya inzibati qaydada 3 541 türk lirəsi məbləğində cərimə tətbiq edildiyi qeyd olunub. Sosial şəbəkə istifadəçilərinin bir qismi görülən tədbiri doğru addım kimi qiymətləndirib, digərləri isə hadisənin müxtəlif tərəflərdən araşdırılmasının vacibliyini vurğulayıblar. Müzakirələrə səbəb olan görüntülər qısa müddətdə minlərlə baxış toplayaraq gündəm mövzularından birinə çevrilib. Musa Milli.Az