“Neftçi” “Kəpəz”ə qarşı
Misli Premyer Liqasında mövsümünün sonuncu – 33-cü turunun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq. Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Günün digər oyunu da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” burada “Zirə”ni “qəbul edəcək”. Misli Premyer Liqası 33-cü tur 23 may “Kəpəz” – “Neftçi” Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Orxan Məmmədov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 15:00. “Araz-Naxçıvan” – “Zirə” Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov. VAR: Kamal Umudlu. AVAR: Asiman Əzizli. Hakim-inspektor: İmanxan Sultani. “SOCAR Polymer Arena”. 19:00.

Şərh verin