Çindəki partlayışda ölənlərin sayı 90-a çatdı — Yenilənib-Video
Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı faciəyə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 38 işçi isə dağıntılar altında qalıb. Məlumata görə, partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər çalışırmış. Qəzanın baş verdiyi hissədə çalışan işçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. Hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisənin səbəbləri araşdırılır. *** Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib. Hazırda hadisə yerində axtarış işləri davam edir. Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. *** Partlayışda həlak olanların sayı 80-i keçib. *** Çinin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə nəticəsində həlak olanların sayı 90-a çatıb.

Şərh verin