Türkiyədə güclü zəlzələ olub
Türkiyənin Adana vilayətində 4.9 bal gücündə zəlzələ olub. Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Gecə saat 04:26-da baş verən zəlzələ yerin 8.6 kilometr dərinliyində olub. Zəlzələdən sonra heç bir hadisə qeydə alınmayıb. "Adana vilayətinin Saimbeyli rayonunda saat 04:26-da baş verən və Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss edilən 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi hal qeydə alınmayıb. Sahədə tədqiqat işləri davam edir", - AFAD-ın açıqlamasında deyilir. Milli.Az

Şərh verin