Bərdədə ağır QƏZA: Ölən var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi "VAZ-2107" markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır./Trend.Az Milli.Az