Münhendə dron həyəcanı — Hava limanı bağlandı
Almaniyanın Münhen hava limanı ətrafında şübhəli dronun müşahidə olunmasından sonra hava hərəkəti müvəqqəti olaraq dayandırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Federal Polisi məlumat yayıb. Bildirilib ki, pilotlar səhər saatlarında hava limanı yaxınlığında naməlum uçan obyekt aşkar ediblər. Məlumat daxil olduqdan sonra təhlükəsizlik məqsədilə hava limanında bütün uçuş və eniş əməliyyatları dayandırılıb. Rəsmilər xatırladıblar ki, Münhen hava limanı ətrafında dronların uçurulması qəti qadağandır. Hadisədən sonra əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub və genişmiqyaslı axtarış tədbirlərinə başlanılıb. Hüquq-mühafizə orqanları şübhəli dronu və onun operatorunu müəyyənləşdirməyə çalışır. Təhlükəsizlik yoxlamalarının nə qədər davam edəcəyi və hava limanında uçuşların nə vaxt bərpa olunacağı hələlik açıqlanmayıb.

Şərh verin