Kann kinofestivalının qalibləri onlardır
2026-cı il Kann kinofestivalı başa çatıb. “Qafqazinfo” xəbər verir ki, ötən gün bağlanış mərasimində qaliblər elan olunub. Əsas mükafat olan “Qızıl Palma Budağı” Kristian Munjunun “Fyord” filminə təqdim edilib. Festivalın “Qran-pri” mükafatını rusiyalı rejissor Andrey Zvyagintsev “Minotavr” filmi ilə qazanıb. Digər əsas mükafatların qalibləri aşağıdakılardır: “Ən yaxşı rejissor mükafatı”- Xavyer Kalvo, Xavyer Ambrossi – “Qara kürə” Pavel Pavlikovski – “Vətən” “Ən yaxşı aktyor üçün gümüş palma”- Emmanuel Makia, Valentin Kampan – “Qorxaq” “Ən yaxşı aktrisa üçün gümüş palma”- Vircinie Efira, Tao Okamoto – “Qəfil” “Ən yaxşı ssenari mükafatı”- Emmanuel Marre – “Bizim qurtuluşumuz”

Şərh verin