"Qarabağ"dan növbəti transfer - Rəsmi

"Qarabağ" növbəti transferini gerçəkləşdirib. Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb. Milli.Az