Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO

2018-2021-ci illərdə Saatlı Rayon Mərkəzi Xəstəxanasının eks-direktoru vəzifəsində çalışmış Səidə Şahpələngova vəfat edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Saatlı Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Qeyd edək ki, o, dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinib. 2024-cü ildə 6 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzası verilib. S.Şahpələngovanın məhkumluğu ödənilməyib. Milli.Az