Messi DÇ öncəsi zədələndi

“İnter Mayami”nin ulduzu Lionel Messi zədələnib. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün MLS-in 15-ci turunda “Filadelfiya” ilə matçda zədə alaraq meydanı tərk edib. Messi 73-cü dəqiqədə Mateo Silvetti ilə əvəzlənib. O, birbaşa paltardəyişmə otağına yollanıb. Dünya çempionatı öncəsi Leonun zədələnməsi argentinalı azarkeşləri narahat edib. Onun durumunun necə olduğu bəlli deyil.