“Xaliq Faiqoğlu” sürücülərinin psixoloji hazırlığı yüksəldilir — Video
“Xaliq Faiqoğlu” şirkəti sürücülərin peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. “Qafqazinfo” xəbər verir ki, bu məqsədlə şirkət tərəfindən “Referans Medical Group” ilə əməkdaşlıq çərçivəsində sürücülərin psixoloqla görüşləri təşkil edilir. Bildirilib ki, stressli vəziyyətlərdə düzgün qərar vermək və soyuqqanlılığı qorumaq təhlükəsiz idarəetmənin əsas şərtlərindəndir. Tanınmış psixoloq Nərmin Qocayeva tərəfindən sürücülər üçün “stress kontrol” seminarının da əsas mövzusu məhz bu olub. Seminar zamanı stresin idarə olunması, emosional balansın qorunması, çətin situasiyalarda diqqətin saxlanılması və sərnişinlərlə düzgün ünsiyyət mövzuları müzakirə olunub. Sürücülərimizin peşəkar inkişafı və sərnişinlərimizin təhlükəsizliyi üçün maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.

Şərh verin