DSX və DİN birgə əməliyyat keçirdi — Foto

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən birgə narkotik əməliyyatı keçirilib. “Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, mayın 23-ü Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri keçirilib. Əməliyyat nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli “Metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.