Şüyüdlü krep ruleti resepti
Yumşaq kreplərin şüyüdün təravətli aroması ilə birləşdiyi bu resept krem pendir və təzə tərəvəzlərlə zənginləşərək səhər yeməyi və "brunch" süfrələrinizin ulduzu olacaq. Milli.Az lazımi ərzaqları təqdim edir: Krep üçün: Yumurta: 3 ədəd Süd: 1 stəkan Bitki yağı: 1 xörək qaşığı Şüyüd: 1 dəstə (xırda doğranmış) Duz: 1 çay qaşığı Un: 1 stəkan İçlik üçün: Xiyar: 1 ədəd Roka (rukkola): 4-5 budaq Salam (və ya vetçina): 1 paket Krem pendir: Yarım paket Hazırlanma qaydası Yumurta, süd, bitki yağı, xırda doğranmış şüyüd, duz və unu dərin bir qabda pürüzsüz hala gələnə qədər çalın. İsinmiş tavaya bir çömçə xəmir tökərək nazik şəkildə yayın. Krepləri hər iki üzünü qızılı rəng alana qədər bişirib soyumağa qoyun. Soyumuş kreplərin üzərinə krem pendiri bərabər şəkildə çəkin. Üzərinə salam dilimləri, roka yarpaqları və incə doğranmış xiyarları düzün. Krepləri möhkəm rulet şəklində bükün. Hazırladığınız ruloları təxminən iki barmaq enində dilimləyərək servis qabına yığın. İlıq və ya soyuq halda süfrəyə verə bilərsiniz. Nuş olsun! Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin