Bakının bu ərazisində qazın verilişi DAYANDIRILACAQ
Sabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq. Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Milli.Az

Şərh verin