Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edəcək. Milli.Az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, cəmiyyət mərasimlə bağlı xüsusi bəyanat yayıb. Açıqlamaya əsasən, dəfn mərasiminə gələcək şəxslər 10-dan çox əvvəlcədən müəyyən edilmiş əyalətdə yerləşdiriləcək. Məlumata görə, iştirakçıların yerləşdirilməsi üçün 2 milyondan çox müvəqqəti yer nəzərdə tutulub. Qeyd olunub ki, müşayiətçilərin 37 mini humanitar və könüllü, 30 mini isə hərbi qulluqçulardan ibarət olacaq. Həmçinin İranın Qum, Xorasan-Rəzəvi əyalətlərində və İraqda Qızıl Ayparanın mərasimin işıqlandırılması qaydası barədə əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin