İTV-nin baş direktoru o SEÇİLDİ

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru müəyyənləşib. Milli.Az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. İTV-nin baş direktoru Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib . İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Qeyd edək ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. Milli.Az