Alleqri “Milan”dan getdi
"Milan" baş məşqçisi Massimiliano Alleqri ilə yollarını rəsmən ayırıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumata görə, 58 yaşlı təcrübəli mütəxəssisin istefasına komandanın 2025/2026-cı illər mövsümündə nümayiş etdirdiyi zəif və uğursuz nəticələr səbəb olub. Belə ki, "rossoneri" İtaliya A Seriyasını 5-ci pillədə başa vurub. Bu nəticə ilə komanda azarkeşlərini məyus edərək gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib. Qeyd edək ki, M. Alleqri 2025-ci ilin may ayında "Milan"ın sükanı arxasına gətirilmişdi. Lakin onun komandadakı ikinci dönəmi cəmi bir il çəkib və uğursuzluqla yekunlaşıb. Milli.Az

Şərh verin