Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...

Çinin qlobal iqtisadiyyata təsiri ildən-ilə artdıqca, bir çox ölkənin Pekin administrasiyasına borc yükü də diqqəti cəlb edir. Xüsusilə infrastruktur investisiyaları və layihələrin maliyyələşdirilməsi üçün verilən kreditlər bəzi ölkələrin iqtisadi sabitliyində mühüm rol oynayır. Milli.Az xəbər verir ki. "Yahoo News" tərəfindən dərc edilən yeni bir təhlildə Çinə ən çox borcu olan ölkələrin sıralaması verilib. Siyahıdakı ölkələrin ümumi borc məbləğləri və iqtisadi vəziyyəti beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Hesabatda Çinə ən çox borc olan 30 ölkənin siyahısı açıqlanıb. İxtisarla həmin ölkələrin siyahısını təqdim edirik: 30. Belarus-11 mlrd dollar 29. Türkmənisan-12,2 mlrd dollar 18. Özbəkistan-18 mlrd dollar 11. İran- 28 mlrd dollar 10. Türkiyə-28,3 mlrd 8. Argentina-37,7 mlrd dollar 7.Braziliya-54,3 mlrd 6.İndenoneziya-55 mlrd dollar 5.Qazaxıstan-64,2 mlrd dollar 3.Pakistan-68,9mlrd dollar 2. Venesuela-112,8mlrd dollar 1. Rusiya-169,3 mlrd dollar. (Ölkə.az) Milli.Az