3 və 8 yaşlı uşaqlar binadan yıxılıb öldü — Yenilənib

Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Kürdəmir şəhəri Babək prospektində yerləşən beşmərtəbəli binada baş verib. 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan 5-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb. *** Oxşar hadisə dünən saat 11 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində də baş verib. 2018-ci il təvəllüdlü Mədinə Cavid qızı Allahyarova yaşadığı N.İsmayılov küçəsi ev 5-in 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölüb. Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluğu tərəfindən araşdırma aparılır.