Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq

İslamabad Anlaşma Memorandumu heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır. Milli.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X"-də bildirib. Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb. Əraqçi qeyd edib ki, bütün detallar lazımi vaxtda ictimaiyyətin diqqətinə çatdırılacaq. Milli.Az