Polis çaya düşən azyaşlını xilas etdi — Babası boğuldu
Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib. “Qafqazinfo” xəbər verir ki, ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb. Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan babası - 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Şərh verin