Əfran İsmayılov vitse-prezident oldu
Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov Premyer Liqaya yeni vəsiqə qazanan “Şəfa”nın vitse-prezidenti vəzifəsinə təyin edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. Qeyd edək ki, Əfran İsmayılov ötən gün “Araz-Naxçıvan”ın məşqçi korpusundan ayrılmışdı.

Şərh verin