Azərbaycan Universiteti doktoranturaya qəbul elan edir

Azərbaycan Universiteti 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. “Qafqazinfo” xəbər verir ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun saat 18:00-da yekunlaşacaq. Qəbul dövlət sifarişli və ödənişli əsaslarla həyata keçirilir. Aşağıda qeyd olunan təhsilhaqları ödənişli əsaslarla qəbul olan Azərbaycan vətəndaşları üçündür. Əcnəbi vətəndaşlar üçün təhsilhaqqı 3400 AZN-dir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı: - Diferensial tənliklər, 1 yer, qiyabi, 2000 AZN; - İqtisadi fəaliyyət növləri, 1 yer, əyani, 2000 AZN; - Ümumi iqtisadiyyat, 1 yer, əyani, 2000 AZN; - Müəssisələrin təşkili və idarə olunması, 1 yer, əyani, 2000 AZN; - Sahə iqtisadiyyatı, 1 yer, əyani, 2000 AZN; - Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, 1 yer qiyabi, 2000 AZN; - Azərbaycan ədəbiyyatı, 1 yer, qiyabi, 2000 AZN; - Dünya ədəbiyyatı (ingilis, alman, fransız), 1 yer, qiyabi, 2000 AZN; - Sosial problemlər, 1 yer qiyabi, 2000 AZN; - Sosial iş, 1 yer, qiyabi, 2000 AZN. Daha ətraflı məlumat üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi Tel.: (+994 12) 431 41 12/13/16 (daxili 126), 055 205 14 31