Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Rəsmi

Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək. Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli.Az