Cəmi dörd nəfər 300 bal toplayıb — Adlar
Xəbər verdiyimiz kimi , bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. “Qafqazinfo”nun məlumatına görə, imtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin adlarını təqdim edirik: - Bakı şəhəri, Bakı türk liseyində təhsil alan (Türkiyə Dəyanət Vəqfi) Ayişə Mirzəxan qızı Mirzəzadə; - Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyasında təhsil alan Abdullah Elman oğlu Emin; - Naxçıvan şəhəri, M.C.Cəfərov adına 14 saylı tam orta məktəbdə təhsil alan Əli Nazim oğlu Cəfərli; - Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Xalıqov adına 1 saylı tam orta məktəbdə təhsil alan Gülay Ruslan qızı Abdullayeva.

Şərh verin